Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rayon yollarından birində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 10-KJ-397 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, toy karvanında “sağ-sol” edib və dəfələrlə əks istiqamətli yola çıxaraq “şou” göstərib. Bu vaxt sürücü özüylə yanaşı qarşıdan gələn avtomobillərə də təhlükə yaradıb.
Nərmin