Toy karvanında Avtoşluq etdi, saxlanıldı ANBAAN VİDEO

04.03.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikovu saxlayıblar.

BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyən edilib.

R.Məlikov barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью