Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

26.09.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə toy karvanında "Tofaş" markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 28 yaşlı sürücü Nurlan Səfərli müəyyən edilərək saxlanılıb.

Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. pizza sifarişi

Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью