Toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb VİDEO

15.11.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

“Ford” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edən və sosial şəbəkələrdə paylaşan B.Xudaverdiyev saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, həmin şəxs məhkəmənin qərarı ilə cərimə olunmaqla 1 il müddətinə sürücülük hüququndan məhrum edilib. 

Bundan başqa Gəncə şəhərində polis əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı saxta dövlət qeydiyyat nişanları,qadağan olunan səs siqnallarından istifadə edən və avtomobilin konstruksiyanda dəyişikliyə yol verən sürücülər də müəyyən ediliblər. 
Həmin sürücülər barəsində də qanunamüvafiq tədbirlər görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью