Toy karvanında avtoxuliqanlıq edib şou göstərən sürücü tutuldu Bir illik cəza verildi VİDEO

24.10.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü C.Qafarov saxlanılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sürücü idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Məhkəmənin qərarı ilə C.Qafarov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью