Toy karvanında avtoxuliqanlıq etmək cəmiyyət qarşı hörmətsizlikdir, qanunvericiliyə əsasən…
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında qayda pozuntuları ilə bağlı müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə yol verməməlidirlər.Toy karvanlarının avtoxuliqanlıq edənləri hansı cəzalar gözləyir?Toy karvanlarına nəzarət, xüsusilə Bakıda necə tənzimlənməlidir?
Mövzu il bağlı Bizimyol.info xəbər portalına açıqlama verən hüquqşünas Xəyal Bəşirov bildirib ki, təkcə toy zamanı deyil, digər vaxtlarda da oxşar halların şahidi oluruq.
Xəyal Bəşirov “Bu cəmiyyətimizdə həmişə aktual olan bir problemdir.
Təəssüflər olsun ki, fərqi yoxdur, toy karvanında toy şənlikləri zamanı və digər vaxtlarda belə halların şahidi oluruq.
Avtoxuliqanlıq İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsini nəzərdə tutulmuş qanunvericiliyə zidd addımlar atmaqla nəqliyyat vasitələrinin idarə edilməsi istənilən halda inzibati xəta hesab olunur və həmin o xətaya görə sürücülər inzibati məsuliyyətə cəlb edilir.
Avtoxuliqanlıq etmək cəmiyyətə qarşı hörmətsizlikdir. Nəqliyyat vasitəsini müxtəlif qaydaları pozmaqla, idarəetmə avtoxuliqanlıq maddəsinin
Tam oxu
Xəbəri oxu