Toy karvanında özünü “avtoş” kimi göstərməyə adət etmiş sürücü 77MO620 VİDEO

06.12.2024

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüləri sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 77-MO-620 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Görüntüdən də aydın olduğu kimi, toy karvanlarında “sağ-sol şou”su göstərən sürücü avtoxuliqanlığa meyilli hərəkətlər edib və bu zaman digər maşınlara təhlükə yaradıb. 

Qeyd edək ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən nizamlanır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью