Toy karvanında qayda pozan sürücülər qəza törətdilər VİDEO | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 15-də səhər saatlarında toy karvanında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 62-BM-274 dövlət nömrə nişanlı “VAZ-2114” markalı, 90-VV-113 dövlət nömrə nişanlı “Niva” markalı və 55-BF-271 dövlət nömrə nişanlı “VAZ-2101” markalı maşınlar toqquşub.
Qəzaya səbəb gənc sürücülərin təhlükəli manevrlər etməsi olub. Nəticədə bir-birinə çırpılan hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu