Toy karvanında qaydaları pozan 8 nəfər saxlanılıb Barələrində tədbirlər görülüb

14.11.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib. Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью