Toy karvanındakı qəzada ölənlərin sayı 3 ə çatdı Foto

31.01.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 28-də Gürcüstanın Marneuli rayonundakı toy karvanında baş vermiş ağır qəzada ölənlərin sayı 3-ə çatıb.

“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, Baydar kəndi yaxınlığında avtomobilin aşması nəticəsində xəsarət alan şəxslərdən 24 yaşlı Sənan Şərifov Tbilisidəki xəstəxanalardan birində həyatını itirib.

Qeyd edək ki, dəhşətli qəza toy karvanında avtomobillərin bir-biri ilə yarışması zamanı baş verib. Sənanın həmyaşıdları - Üfiq Bədəlov və Ümid Adıgözəlov qəza yerində həlak olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью