Toy mərasimi zamanı partlayış oldu 5 ölü, 10 yaralı

24.01.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan rayonunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı beş nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə "The Express Tribune" qəzeti yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Məlumata görə, terrorçu cümə axşamı yerli icma liderinin evində keçirilən toy mərasimində partlayıcı qurğunu işə salıb. Yaralılar xəstəxanaya çatdırılıb. Xayber-Paxtunxvanın qubernatoru Feysəl Kərim Kundi ölənlərin ailələrinə başsağlığı verib. O, yaralılara bütün lazımi yardımın göstərilməsini və hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmasını tapşırıb.

Oxunub 46

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью