Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Biləsuvar rayonunda ölüm hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib.
Məlumata görə, kənd sakini, 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb.
Ağır xəsarətlər alan 26 yaşlı şəxs hadisə yerində həyatını itirib.
Hadisə toy mərasimindən sonra olub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu