Toy mərasiminə silahlı BASQIN: ölən və yaralananlar var

07.06.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə toy mərasiminə silahlı hücum olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Siirt rayonunun Kurtalan qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs odlu silahla toy mərasiminə basqın edərək, atəş açıb. Nəticədə 4 nəfər yaralanaraq, xəstəxanaya aparılıb. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, yaralılardan Adnan Pekgözü xilas etmək mümkün olmayıb.

Polis şadlıq evini mühasirəyə alıb. Hadisəni törədən A.A. saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью