Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ötən həftə Hollivud ulduzu Kianu Rivzin rəssam Aleksandra Qrantla gizli nikahlandığı iddia olunub.
Axşam.az-ın məlumatına görə, aktyorun nümayəndəsi çıxan xəbərləri təkzib edib:
"Bu, doğru deyil. Kianu Rivzlə Aleksandra Qrant evli deyillər".
Qeyd edək ki, daha əvvəl çıxan məlumatlarda cütlüyün Avropaya səfəri zamanı gizli toy etdiyi deyilmişdi.