Toy yasa DÖNDÜ FOTO

19.04.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının isə xəsarət alması ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında Cəlilabad rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Hadisə zamanı sürücünün həyat yoldaşı Əbdürrahmanova Qaratel aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью