Toya gedən müğənnilər o vaxt qara siyahı ya düşürdü

07.10.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Şəbnəm Tapdıq heç vaxt toya getmədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə müğənni "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, illər əvvəl toya gedən müğənnilərin adı AzTV-də qara siyahıya salınırdı:

"Mən heç vaxt toya getməmişəm. Bizim dövrdə təkcə AzTV 1 kanalı var idi. O vaxt toya gedənlərin adı "qara siyahı"ya düşürdü. Bizi məclislərə getməyə qoymurdular. Mənə demişdilər ki, toya getdin, işlərimizi pozdun. Çox çağırırdılar, amma mən toya getməmişdim. İndi də çağırırlar, amma öz yerimə başqasını göndərirəm. Ona verilən məbləğin bir hissəsini mənə verirlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью