Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Kaliforniya ştatının Qlendeyl şəhərində keçirilən toy məclisi naməlum şəxsin içərisində 100 min dollara qədər nağd pul və çek olan qutunun oğurlaması şoku ilə başa çatıb.
Ölkə.Az xəbər verir ki, bu barədə NYP yazır. Hadisə gecə yarısından sonra Qlendeyldəki "Renaissance" Banket zalında baş verib.
Gəlin Nadine Farahatın dediyinə görə, hər şey əyləncənin ortasında baş verib. "Bu, bizim xoşbəxt və unudulmaz günümüz idi.
Belə bir şeyin olacağını ağlımıza belə gətirə bilməzdik". Görüntülərdə qara paltarlı bir adamın foyedə gəzdiyi, bal zalına girməzdən əvvəl t
O, daha sonra bir anda pulla dolu qutunu götürərək yan qapıdan qaçıb.
Onu çöldə gözləyən qara rəngli “Mercedes-Benz” avtomobillə bir an içində gözdən itib.
Oğurluq hadisəsini toyda iştirak edən xanımlardan biri görüb.