Toyda BIÇAQLANMA: 38 yaşlı kişi öldü

10.10.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu toy mərasimində bıçaqlanıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.

Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Muradov Xəqani polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью