Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Toy mərasimlərindən birində qeydə alınan fərqli rəqs görüntüsü sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az-ın məlumatına görə, bu dəfə məclisin diqqət mərkəzində insan deyil, robot olub. Belə ki, robot qolunu qaldıraraq musiqinin ritminə uyğun şəkildə rəqs edib.
Onun toyda oynadığı anlar kameralara düşüb. Qeyri-adi görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.
Robotun rəqsini əks etdirən görüntüləri təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)