Toyda çıxış edəndən sonra öldü

11.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.

Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.

M.Dadaşovun ürəktutmadan dünyasını dəyişməsi bildirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью