Toyda dəhşət: Bəy dünyasını dəyişdi VİDEO

17.02.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Hindistanın Madhya Pradesh əyalətinin Şeopur bölgəsində ürəkağrıdan hadisə baş verib. 26 yaşlı bəy toy kortejində at sürərkən ürək tutmasından dünyasını dəyişib.

News24.az xəbər verir ki, Pradip Cat adlı bəy ənənəvi toy korteji ilə at belində toy məkanına daxil olarkən narahat olub.

Sosial mediada paylaşılan görüntülərdə ənənəvi paltar geyinmiş Catın at üzərində səhnəyə yaxınlaşarkən yavaş-yavaş önə əyildiyi və huşunu itirdiyi görünür. Qohumu ona kömək etmək istəsə də, Cat  yıxılıb.

Cat dərhal xəstəxanaya aparılsa da, həkimlər onun öldüyünü bildirib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью