Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oktyabrın 2-də Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toyda döyülən 1994-cü il təvəllüdlü Cavid Nəzərli bu gecə vəfat edib.
Bakupost.az xəbər verir ki, həkimlətərin səyinə baxmayaraq, o komadan ayılmayıb.
İlkin məlumata görə, hadisə Tofiq Amanov və Müsül Mirzəyevlə yaranan mübahisə zamanı baş verib.
C.Nəzərli təcili tibbi yardım vasitəsilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan bir neçə gün komada qalıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Cavid Nəzərli evli olub, bir azyaşlı övladı var imiş.
Lalə
Baku Post