Toyda döyülən şəxs xəstəxanada öldü

06.10.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 2-si Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində döyülən gənc xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью