Toyda faciə: ər arvad çöküntü altında qaldı, biri öldü, digəri isə....

26.05.2025

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İzmir şəhərində toy mərasimində faciə yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Menemen rayonunda şadlıq evinin dekorativ beton dirəyi naməlum səbəbdən çöküb.

Məlumata görə, Mehmet Fatih Baltacı və həyat yoldaşı Gülər ​​Baltacı dağıntılar altında qalıb: "Bölgəyə gələn xilasetmə briqadası onları çıxararaq Menemen Dövlət Xəstəxanasına aparıblar. Mehmet Fatih Baltacını müdaxiləyə baxmayaraq, həyatla vidalaşıb. Arvadının həyatına da  təhlükə var".

Xəbərdə o dadeyilir ki, ölən Mehmet Fatih Baltacı İzmir Şəhər Xəstəxanası Uşaq Təcili Tibbi Yardım Klinikasında həkim işləyirmiş.

Hadisədən sonra şadlıq evinin rəhbəri saxlanılıb.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью