Toyda gəlinə edilən SÜRPRİZ maraq yaratdı VİDEO

31.12.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Toyda gəlinə edilən sürpriz sosial şəbəkələrdə maraq doğurub.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir toy videosu izləyənlərin üzündə təbəssüm yaradıb. Görüntülərdə toy zamanı qadın geyimində meydana çıxan gənc oğlanın bəyə yaxınlaşaraq onu sıx şəkildə qucaqlaması əks olunub. Gözlənilməz anlar gəlində və zalda olan qonaqlar arasında çaşqınlıq yaradıb.

Baş verənləri görən gəlin əvvəlcə vəziyyəti anlamadığı üçün müdaxilə edərək bəylə həmin şəxsi ayırıb. Qısa müddət sonra isə məlum olub ki, bu hadisə əvvəlcədən planlaşdırılmış sürpriz imiş. Gənc oğlan və bəy zarafat xarakterli çıxışla toya rəng qatmaq istəyib.

Həqiqət üzə çıxandan sonra həm bəy, həm də gəlin baş verənlərə gülüşlə reaksiya veriblər. Zal gülüş səsləri ilə dolub, qonaqlar isə bu sürprizi maraqla qarşılayıblar.

Sözügedən video qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq minlərlə baxış toplayıb. İzləyicilər şərhlərdə bu anları əyləncəli və yaddaqalan sürpriz kimi dəyərləndiriblər.

Musa
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью