Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan ayağa qızıla bürüdülər (Video)

29.09.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Sosial şəbəkələrdə yayılan toy görüntüləri diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, Tunisdə keçirilən toy mərasimlərindən birində gəlinin görünüşü maraq doğurub. Belə ki, gəlinin bəd nəzərdən qorunması məqsədilə başdan-ayağa qızıl zinət əşyaları ilə bəzədildiyi görüntülənib.

Gəlinin üzərinə taxılan çoxsaylı qızıl aksessuarlar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Sözügedən görüntülər qısa müddətdə geniş yayılaraq müxtəlif müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью