Toyda halı pisləşən 35 yaşlı kişi öldü

12.04.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağcabədi rayonunda şadlıq sarayında faciə baş verib.

Gununsesi.infonun əldə etdiyi xəbərə görə, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü rayon sakini Samir Vidadi oğlu Nəcəfov toy mərasimində iştirak edərkən qəfil halı pisləşib.

Mərasimdə olan yaxınları dərhal ona kömək göstərməyə çalışıb və təcili şəkildə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Lakin S. Nəcəfov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin dəqiq səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью