Toyda havaya atəş açıldı, yoldan keçən qadın yaralandı

28.11.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın İnquşetiya Respublikasında toy mərasimi zamanı açılan atəş faciə ilə nəticələnib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, Karabulak yaşayış məntəqəsində 23 yaşlı qadın küçədə gedərkən güllə yarası alıb. Şahidlər hadisə zamanı ərazidən keçən toy avtomobillərdən atəş səslərinin gəldiyini bildiriblər.

Ehtimal olunur ki, qadın Qafqazda toy mərasimlərində havaya atəş açmaq ənənəsinin qurbanı olub.

Ağır vəziyyətdə İnquşetiya Respublika Klinik Xəstəxanasının neyrocərrahiyyə şöbəsinə yerləşdirilən qadın mürəkkəb əməliyyat keçirib və güllə çıxarılıb.

Üç həftədir müalicə alan pasiyentin həyatı üçün hazırda təhlükə yoxdur. Evə buraxılmağa hazırlanan qadını uzunmüddətli müalicə və reabilitasiya gözləyir. Həkimlər zədələnmiş sümük nahiyələrinin titan lövhələrlə bərpası üçün daha bir əməliyyatın keçirilməli olduğunu bildiriblər.

Rusiyada müəyyən edilməmiş yerlərdə odlu silahdan atəş açmaq qanunla qadağan olunsa da, Qafqazın bəzi bölgələrində təhlükəli toy ənənəsi hələ də davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью