Toyda insident: BIÇAQLANAN VAR

04.05.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

İmişli rayonunun Qulubəyli kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, kənd sakini, 1997-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Tarverdiyev bıçaqlanıb.
Yaralı dərhal Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью