Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

05.10.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Abşeron rayonunda “Şah Sarayı” şadlıq evinin qarşısında kütləvi dava düşüb.

“Bakupost” xəbər verir ki, hadisə oktyabrın 3-də gecə saatlarında qeydə alınıb.

Əldə etdiyimiz məlumata görə, dostlar arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı Ceyhun adlı şəxs yıxılarkən başı daşa dəyib.

Ağır xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hazırda onun koma vəziyyətində olduğu bildirilir.

Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью