Icma.az, Cebheinfo saytına istinadən bildirir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsin
"Cebheinfo.az" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb: "Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb.
Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub.
Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
Xatırladaq ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
Mərasim zamanı zəhərlənən 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu q