Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, modelyer Viktoriya Bekhemin 26 yaşlı Bruklin Bekhem uzun sürən şayiələr fonunda səssizliyini pozub və ailəsində yaşananlarla bağlı geniş açıqlama yayıb.
Axşam.az xəbər verir ki, Bruklin bildirib ki, o, illər boyu susub və ailədaxili problemləri gizli saxlamağa çalışıb.
Onun sözlərinə görə, valideynləri və onların komandası mətbuata məlumat ötürməyə davam etdikləri üçün artıq susmaq mümkün olmayıb: "Mən ailəmlə barışmaq istəmirəm.
Məni heç kim idarə etmir. Həyatımda ilk dəfə özümü müdafiə edirəm".
Bruklinin sözlərinə görə, valideynləri həmişə ailənin mediada necə təqdim olunmasına nəzarət ediblər: "Sosial şəbəkələrdə nümayişkaranə paylaşımlar, ailə tədbirləri və səmimi olmayan münasibətlər mənim doğulduğum dünyanın ayrılmaz hissəsi olub.
Onlar rifah görüntüsünü qorumaq üçün mediada saysız-hesabsız uydurmalar yayıblar".
O qeyd edib ki, valideynləri onun amerikalı aktrisa Nikola Peltzlə münasibətlərini hələ toyadək pozmağa çalışıblar.