Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Zərdabda yerləşən “Natiq” Şadlıq Sarayında bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Çallı kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Səbuhi Rafiq oğlu toy məclisi zamanı oynayarkən qəfil vəfat edib.
Uzun illərdir Bakıda yaşayan və usta kimi çalışan Səbuhi Kərimovun toy üçün kəndinə getdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.