Toyda zəhərlənən 92 nəfərlə bağlı RƏSMİ MƏLUMAT

01.10.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prokurorluq Kürdəmirdə şadlıq evində 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır.

Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorlıuğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır:

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью