Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
Axşam.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
***
APA -nın məlumatına görə, toy mərasimindən sonra zəhərlənənlərin sayı 30 nəfərə çatıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.