Toydakı görüntülər başına bəla oldu Birbaşa həbs...

15.09.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Sosial media paylaşımları ilə tanınan “Vanlı Kara Haydar” ləqəbli Mehmet Fatih Tançalanın həyat yoldaşı, fenomen Çağla Öz də saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, Tançalan ötən həftə dəbdəbəli toy mərasimi ilə gündəmə gəlib. Toyda həyat yoldaşına taxılan çoxsaylı qızıl, xarici valyuta və nağd pul sosial mediada geniş müzakirə olunub.

Bundan sonra Tançalan barəsində araşdırma başladılıb və o, “cinayətdən əldə edilən əmlak dəyərlərini yuma” ittihamı ilə həbs edilib. pizza mizza

İstintaq çərçivəsində Çağla Öz də saxlanılıb. Cütlüyün əmlakı, dəbdəbəli həyat tərzi və toyda nümayiş etdirilən zinət əşyaları ilə pulların mənbəyi araşdırılır.

Tançalan ifadəsində toyda istifadə olunan qızılların zərgərdə kirayə götürüldüyünü və mərasimdən sonra geri qaytarıldığını bildirib. O, həmçinin polis əməkdaşlarını təhqir etmək niyyətində olmadığını deyib.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью