Toydan çıxıb bir birini döydülər Sərxoş idik, səbəbsiz yerə davamız yarandı

11.02.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quba rayonunda həmkəndlilər arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 20-də rayonun Alpan kəndində baş verib. 1991-ci il təvəllüdlü Nurlan kənd ərazisində həmkəndlisi Tural ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Turalı yumruqla vurub. Nurlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İttihama münasibət bildirən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, həmkəndlisi Fəqanın toy məclisində iştirak edib: “Yeyib-içdikdən sonra toydan çıxdım və yaşadığım ünvana doğru piyada yola düşdüm. Kənd ərazisində həmkəndlim Turalı gördüm. Onunla söhbət zamanı səbəbsiz yerə aramızda mübahisə yarandı. Turalın üz nahiyəsinə əl zərbəsi ilə vurdum. Daha sonra həmin yerdən uzaqlaşdım. Həmin gün hər ikimiz sərxoş olmuşuq”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürdüyünü, onu bağışladığını deyib. 
Məhkəmənin hökmü ilə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью