Toydan qayıdan sərnişinlər qəzaya düşdü 21 nəfər xəsarət aldı

13.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin şimalındakı Bartın vilayətində baş verən yol qəzasında 21 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Məlumata görə, toy mərasimindən qayıdan sərnişinləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin, o cümlədən üç uşaq, həmçinin hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.
Toqquşmadan sonra mikroavtobus elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə təcili yardım və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью