Toydanöncəki prosedurların dəyişdirilməsi təklif edilir

23.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır".

Oxu.Az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Din Xadimlərinin Forumunda "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bir çox hallarda qadınlar boşandıqdan sonra ata evinə qayıdırlar və övladları ilə birgə ortada qalırlar:

"Buna görə də ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır. Nikah müqavilələrinin məcburi qaydada bağlanılmasının tərəfdarıyıq. Adətlərimizdə olan boşluqları marifləndirmə yolu ilə aradan qaldırmalıyıq.

Ailə mübahisələrinin həllində din xadimlərinin rolundan istifadə edə bilərik".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью