Icma.az bildirir, Bizimyol portalına istinadən.
Üzeyir Şəfiyev
Bu barədə Bizimyol.info xəbər portalına sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu məsələ seçimdən asılıdır:
“Əlbəttə, sözügedən məsələ ilə bağlı ictimai rəyi təhlil etdikdə görürük ki, insanların bir qismi toylarda dövlət himninin səsləndirilməsini düzgün hesab edir.
Başqa bir qisim isə bildirir ki, toylar insanların özəl günüdür, ailə ziyafətidir və belə bir gündə dövlət himninin səsləndirilməsi nə dərəcədə uyğundur - bu, mübahisə doğurur. Onlar hesab edirlər ki, dövlət himni daha çox rəsmi və ali tədbirlərdə səsləndirilməlidir”.
Üzeyir Şəfiyev əlavə edib: “Göründüyü kimi, bu məsələ seçimdən asılıdır və əsasən ziyafət sahiblərinin, bəylə-gəlinin şəxsi seçiminə, istəyinə bağlı məsələdir.
Şəxsən mən hesab edirəm ki, dövlət himninin səsləndirilməsi müsbət haldır. Ümumiyyətlə, təkcə himn deyil, milli atributlar, adət-ənənələrimiz toylarımızda nə qədər çox yer alsa, təmsil olunsa, o qədər yaxşıdır. Çünki toy 1000 il əvvəl Azərbaycan xalqının özünəməxsusluğunu göstərən adət-ənənələri özündə ehtiva edir”.
Günel Həsənova, Bizimyol.info