Toyları səhv salıb yarım saat pulsuz oxudu VİDEO

08.06.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Müğənni Mərdan Kazımov toy məclisinin zalını səhv salaraq başqa bir toyda iştirak edib.
Demokrat.az xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
M.Kazımovun sözlərinə görə, yarım saat müddətində başqa şəxslərin toyunda çıxış edib, lakin toy sahibləri onun məclisə dəvət olunmadığını bildirməyiblər: “Bu gün toy zallarını səhv salıb iki dostumuzun məclisində çıxış etdik. Sağ olsunlar, yarım saat heç deyən olmadı ki, “biz sizi dəvət etməmişik, axı”.
Müğənni bundan sonra dəvət olunduğu toyu tapıb və orada çıxış edib. Bu hadisə sosial şəbəkədə maraqla qarşılanıb.
Sözügedən paylaşımı təqdim edirik:

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью