“Toyota” avtomobil satışında yenə dünya lideri oldu

30.01.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Yapon avtomobil istehsalçısı “Toyota Motor” artıq beşinci ildir ki, avtomobil satışına görə dünyada birinci yeri tutur.
Yeniavaz.com
xəbər verir ki, bunu yapon şirkətinin dərc etdiyi statistik məlumatlar sübut edir.
Məlumata görə, 2024-cü ildə şirkətin satış həcmlərinin 3,7% azalmasına baxmayaraq, “Toyota” dünya üzrə 10 821 480 avtomobil satıb.
Bu isə ona növbəti dəfə alman “Volkswagen”ini ötməyə və ardıcıl beşinci il dünyada birinci yeri tutmağa imkan verib.
Belə ki, alman konserni ötən il dünya üzrə təxminən 9,02 milyon avtomobil satıb - onun il ərzində satışları 2,3% azalıb.
Üçüncü yeri dünya üzrə 7,23 milyon avtomobil satan Koreyanın “Hyundai Motor” şirkəti tutub. Onun il ərzində satışları isə 2023-cü illə müqayisədə 1% az olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью