Toyota “Celica”nı yenidən satışa çıxarmağa hazırlaşır

01.09.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Toyota uzun fasilədən sonra əfsanəvi “Celica” modelini səkkizinci nəsil versiyası ilə yenidən bazara çıxarmağa hazırlaşır.
Yeni idman kupesinin tam ötürücü sistemi ilə təchiz ediləcəyi bildirilir. Avtomobilin güc aqreqatında 2,0 litrlik mühərrikdən istifadə olunması və hibrid dəstəyinin tətbiqi nəzərdən keçirilir.
Yeni modelin şirkət daxilində “Celica Sport” adlandırıldığı qeyd edilir. Toyota avtomobilin təqdimat və satış tarixlərini hələ açıqlamayıb.
Yeni “Celica”nın uzun müddətdir istehsal olunmayan model xəttini yenidən canlandıracağı gözlənilir. Tam ötürücü sisteminin tətbiqi isə avtomobilin idman xarakterini və yol tutumunu gücləndirməyə yönəlib.
Modelin texniki göstəriciləri, mühərrikin dəqiq gücü və hibrid sisteminin xüsusiyyətləri ilə bağlı əlavə məlumatların avtomobilin rəsmi təqdimatı zamanı açıqlanacağı gözlənilir.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью