“Toyota” əks yoldakı “VAZ”la toqquşdu, sürücülərdən biri xəstəxanalıq oldu VİDEO

04.06.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 205-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza iyunun 3-də saat 17:00 radələrində qeydə alınıb: “Belə ki, Lənkəran rayonu Talışlı kəndində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Vüsal Mirhaşim oğlunun idarə etdiyi 99-ZO-920 dövlət nömrə nişanlı “Toyota Camry” markalı maşınla Astara rayonu istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Qasımov Beydulla Əliabbas oğlunun idarə etdiyi 90-VP-870 dövlət nömrə nişanlı  “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью