“Toyota Gəncə Mərkəzi” də cərimələnə bilər… Ölkədən pul çıxarıblar | Icma.az
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Toyota avtomobillərinin Gəncə şəhərində satışını həyata keçirən “Toyota Gəncə Mərkəzi” MMC cərimələnə bilər.
Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
Tribunainfo.az xəbər verir ki, “Toyota Gəncə Mərkəzi” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Sözügedən MMC ilə bağlı iş baxılması Gəncə şəhər Məhkəməsinə göndərilib.
10 fevral tarixində hakim Elxan Əlizadənin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir.
Tam oxu
Xəbəri oxu