“Toyota” ilə rəqabətin acı sonu FOTOLAR

23.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ötən əsrin 70-ci illərində “Mazda” şirkəti “Toyota” ilə rəqabət aparacaq premium avtomobil hazırlamaq iddiasına düşür. 

Avtosfer.az xəbər verir ki, şirkət yeni maşınla bağlı çox da dərinə getmir. Qərara alınır ki, Avstraliyanın “Holden Premier” avtomobilinə şirkətin öz istehsalı olan rotor mühərriki quraşdırılır.

Lakin, nəticə gözlənilən kimi olmur. Neft böhranı vaxtı 30 litrədək yanacaq sərf edən avtomobil heç kimdə maraq doğurmur. Həm də 135 at gücü mühərrik ağır texnikanı güclə hərəkətə gətirirdi.

1975-ci ildə başlanan istehsal 2 il sonra dayandırılır, istehsal edilmiş 800 avtomobil bir neçə ilə ərzində dövlət qulluqçularına satılır. Bu uğursuzluq firmanı müflis etmədi, lakin bir məsələ aydın oldu: rotor mühərriki idman avtomobilləri üçündür, premium model üçün yaramır.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью