“Toyota” mühərriklərini satır

29.10.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Toyota” şirkəti yeni nəsil benzin mühərriklərini və hibrid sistemlərini digər avtomobil istehsalçılarına satmağa hazırlaşır. Şirkət 2032-ci ilədək bu satışlardan illik 1,5 milyard avro gəlir əldə etməyi hədəfləyir.

“Bakupost” xəbər verir ki, mühərriklərin tədarükünə 2027-ci ildən başlanıla bilər. Yeni mühərrik ailəsinə 1,5 və 2 litrlik modellər daxildir.

Şirkət mühərrikləri daha yığcam və səmərəli hazırlayır. Onların hibrid sistemlərlə birlikdə istifadəsi də nəzərdə tutulur.

“Toyota”nın potensial müştərilərinin adları hələ açıqlanmayıb.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью