Toyota və Lexus da problem aşkarlandı

08.02.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

“Toyota” və “Lexus”da problem aşkarlanıb. AzPost xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə 140 mindən çox “Toyota” və “Lexus” avtomobili geri çağırılır.

Toyota geri çağırmaların müəyyən “Tacoma 4WD” modelləri ilə yanaşı, “Camry” və “Lexus RX” avtomobillərini də əhatə etdiyini bildirib. Şirkət Tacoma modellərində arxa təkərlərin içində kifayət qədər palçıq və kir yığılması halında arxa əyləc xortumlarının zədələnə biləcəyini açıqlayıb.

“Camry” və “Lexus RX” modellərində isə ikinci sıradakı orta təhlükəsizlik kəmərlərinin istehsal zamanı zədələnmiş ola biləcəyi qeyd edilib. Şirkət geri çağırmadan təsirlənən müştərilərin 2025-ci ilin aprel ayının əvvəlinə qədər məlumatlandırılacağını bildirib.

Hər iki geri çağırma çərçivəsində lazımi dəyişikliklər pulsuz həyata keçiriləcək.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью