“Toyota” yenə dünyada liderdir KONKRET

31.01.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Toyota Motor” ardıcıl beşinci dəfə dünyanın ən böyük avtomobil istehsalçısı olub. 2024-cü ilin sonuna Yaponiya şirkəti “Lexus”, “Daihatsu” və “Hino” markaları da daxil olmaqla 10,82 milyon avtomobil satıb.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Toyota Motor”sun  yanvarın 30-da açıqlanan statistikasında məlumat paylaşılıb. Məlumatda deyilir ki, “Toyota”-nın il ərzində satışlarının 3,7% azalması onun liderliyinə mane olmadı. Ayrı-ayrılıqda “Toyota” və “Lexus” markalı avtomobillərin satışı illik müqayisədə 1,4% azalıb (10,16 milyon ədədə qədər). Eyni zamanda, Toyota tərəfindən elektrikləşdirilmiş avtomobillərin satışı il ərzində 23,2% artaraq 4,53 milyon ədəd təşkil edib. “Reuters”-in məlumatına görə, ana şirkətin hibrid avtomobilləri onun satışlarının rekord 40,8%-ni təşkil edib.

2024-cü ildə qlobal satışlarda ikinci yeri “Volkswagen Qrupu” (təxminən 9 milyon avtomobil) tutub. Bu ayın əvvəlində şirkət mübarizə apardığı və Çinin əsas bazarında sərt rəqabətlə üzləşdiyi üçün keçən il satışlarının 2,3 faiz azaldığını bildirdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью