“Toyota” yeni hibrid pikapını təqdim etdi

19.11.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Toyota” “Corolla Cross” əsasında hazırladığı “Corolla Deck” pikap modelini təqdim edib. Braziliyada istehsal olunacaq avtomobil Latın Amerikası və Karib hövzəsi ölkələrində satışa çıxarılacaq.

“Bakupost” xəbər verir ki, yeni model “Hilux”dan aşağı mövqedə yerləşəcək və “Fiat Toro” ilə rəqabət aparacaq.

“Corolla Deck”in 1,8 litrlik hibrid mühərriklə təchiz ediləcəyi gözlənilir. Bu mühərrik “Corolla” və “Corolla Cross” modellərində 122 at gücü hasil edir. Lakin göstəricilər yeni pikap üçün hələ təsdiqlənməyib.

Model Braziliyada 2027-ci ildə satışa çıxarılacaq. Qiyməti və texniki göstəriciləri hələ açıqlanmayıb.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью